Azarkeşləri "Neftçi"ni hava limanında qarşıladı, hesabat tələb etdi

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində səfərdə Makedoniya "Şkendiya"sına məğlub olan və avrokuboklardakı çıxışını başa vuran "Neftçi" bu gecə vətənə qayıdıb.

Newsport.az-ın məlumatına görə, paytaxt klubunu hava limanında bir qrup azarkeşi qarşılayıb.

Komandanın uğursuz çıxışından narazı qalan fanatlar klub rəsmilərindən buna görə hesabat tələb ediblər. Onların qarşısına isə klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanovla komandanın baş məşqçisi Vəli Qasımov çıxıb. Tərəflər arasında komandanın çıxışı və problemlər barədə açıq söhbət olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right