Türkiyədə təlim-məşq toplanışında olan Bakının "İnter” klubu növbəti yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, "bankirlər” Türkiyə PTT I Liqasında mübarizə aparan "Elazığspor” komandası ilə qarşılaşıb.
Ankaranın Qızılcahamam bölgəsində baş tutan matç bərbarəliklə başa çatıb. Belə ki, tərəflərin səyinə baxmayaraq hesab açılmayıb.
Qeyd edək ki, "İnter” bundan öncə Türkiyə Superliqasında mübarizə aparan "Kasımpaşa” komandasıyla qarşılaşmışdı. Sözügedən qarşılaşma "İnter”in 2-1 hesablı qələbəsiylə başa çatmışdı.