Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Şkendiya” – "Neftçi” (1-0) matçında təmsilçimizin futbolçusu Vançe Şikovun zədələnməsi barədə məlumatı diqqətinizə çatıdırmışdıq.
Newsport.az-ın məlumatına görə, ciddi xəsarət alan futbolçu "Neftçi” ilə Bakıya qayıtmayacaq. Belə ki, ayağı qırılan makedoniyalı futbolçu vətənində bərpa prosesi keçəcək. Onun yüngül əməliyyat keçirəcəyi və təxminən 1 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, Şikov sözügedən matçda qırmızı vərəq aldığı epizod zamanı zədə alımışdı.