Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Macarıstanın MTK komandası "Qəbələ”nin qonağı olub.
Qarşılaşma təmsilçimizin 2-0 hesablı qələbəsiylə başa çatıb. Bu nəticə MTK komandasının Avropa Liqasında mübarizəni dayandırmasına səbəb olub.
Matçdan sonra MTK-nin baş məşqçisi Vasilis Teodoru fikirlərini bildirib: "Qəbələ”ni qələbə münasibətiylə təbrik edirəm. "Qəbələ” ilk qoldan sonra ruhlandı və yaxşı oyun sərgilədi. Qapımızda gördüyümüz qol isə bizim futbolçuları ruhdan saldı. Biz şansımızın olduğunu bildiyimiz halda, Bakıya qələbə üçün gəlmişdik”.
- İkinci qoldan sonra maçtda dönüş edəbiləcəyinizə inanırdınız?
- İlk qoldan sonra ruhdan düşmüdük, ikinci qoldan sonra isə daha da "sındıq”. Ik oyundakı məğlubiyyət də şansımızı azaltmışdı.
- İkinci hissədə hücuma atılacağınızı gözləyirdik. Amma bu, baş vermədi...
- Bilərəkdən müdafiə olunmurduq. Biz Avropanın ən güclü komandasıyıq. Sadəcə, bu gün bizim komandamızda alınmadı.
- Avropa Çempionatında parlaq oyunu ilə diqqət çəkən Maacarıstanı təmsil edən MTK-nın belə oyununu biabırçılıq kimi qəbul etmirsiniz ki?
- Biz psixoloji cəhətdən uduzduq. Bunu Macarıstan futbolunun zəifliyi ilə əlaqələndirmək olmaz.