Azərbaycan çempionatının I dəstəsində mübarizə aparan "Şəmkir” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, komandanın bundan sonra Əli Məmmədov çalışdıracaq. 32 yaşlı mütəxəssisin təyinatı bu gün təsdiqini tapıb.
Məmmədov bu postda mövsüm başa çatdıqdan sonra komandadan ayrılan Kamran Əlibabayevi əvəzləyib. Bu, Məmmədovun baş məşqçi kimi ilk işi olacaq. Əslən Şəmkirdən olan Məmmədov daha öncə AZAL-ın 12 yaşlılardan ibarət komandasına rəhbərlik edib.
Qeyd edək ki, Əli Məmmədov futbolçu kimi də "Şəmkir”in aşağı yaş qrupları üzrə komandalarında çıxış edib.