“İnter”in Türkiyədəki daha iki rəqibi bəlli oldu

"İnter" növbəti mövsümə hazırlıqlarını Türkiyədə davam etdirir.
Newsport.az-ın məlumatına görə, paytaxt klubu iyulun 22-də Türkiyə təmsilçisi "Elazığspor" ilə görüşəcək. Oyun Bakı vaxtıyla saat 19.00-da başlayacaq.
Komanda toplanış çərçivəsində daha iki rəqiblə qarşılaşmağı planlaşdırır. İylun 24-də "İnter" Türkiyənin daha bir komandası - "Gənclərbirliyi" ilə üz-üzə gələcək. Növbəti gün komanda daha bir yoxlama matçını keçirməyi planlaşdırır. Bu dəfə "İnter"in Gürcüstanın "Kolheti Poti" komandasıyla qarşılaşacağı gözlənilir. Hər iki oyunun vaxtı barədə məlumat veriləcək. 

Qeyd edək ki, "İnter" vətənə iyulun 26-da qayıdacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right