"Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düdelanj"ı ilə səfər oyunundakı heç-heçə (1:1) Azərbaycanın reytinq xalını zənginləşdirib.
Newsport.az-ın məlumatına görə, ağdamlılar Azərbaycanın hesabına əlavə 0,125 xal yazdırıblar.
Artıq Azərbaycanın UEFA reytinqində 15,125 xalı var. Bu göstəricisinə görə ölkəmiz 24-cü pillədə qərarlaşıb. Bizdən öndə Şotlandiya qərarlaşıb (15,925).