Müşahidə Şurasının üzvü 100 manat verdi, "Kəpəz" Gəncəyə döndü

"Kəpəz"i "Admira" ilə oyunda dəstəkləmək üçün Gəncədən Bakıya 50-dən artıq azarkeş gəlib. Öz pullarına. Qərbli fanatlar matçdan sonra "Dalğa Arena"nın önünə yığışaraq, rəhbərliklə görüş tələb edib.

Newsport.az-ın məlumatına görəGəncəyə qayıtmağa yolpullarının qalmadığını söyləyən tərəfdarların hayına Mikayıl Nərimanoğlu yetişib.

"Kəpəz"in Müşahidə Şurasının üzvü avtomobildən enərək, fanatları dinləyib. Və 100 manat verərək, problemi çözüb. Nərimanoğlunun jesti "Kəpəz"sevərləri riqqətə gətirib. "Ən böyük başqan bizim başqan!" şüarını səsləndiriblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right