Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Kəpəz” Avstriyanın "Admira” komandasını qəbul edir.
Newsport.az-ın məlumatına görə, Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena”da baş tutan matçı izləyənlər sırasında AFFA rəhbərliyi də var.
Belə ki, AFFA prezidenti Rövnəq Abdullayev və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev matçı "VİP” zonadan izləyirlər.