İrandan gələn futbolçu qol vurdu, “Sumqayıt” heç-heçə etdi

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda Gürcüstan təmsilçisi Kutaisi "Torpedo"su ilə üz-üzə gəlib. 
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Sumqayıt"ın yeganə qolu hazırda düşərgədə baxışda olan cənubi azərbaycanlı futbolçu vurub.
"Sumqayıt" Boluda son yoxlama oyununu iyulun 25-də keçirəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right