"Qəbələ" Antonovla yollarını ayırdı

“Qəbələ” ukraynalı futbolçusu Aleksey Antonovla yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib.

2015-ci yayından “qırmızı-qara” forma geyinən Antonov 2015-2016-cı illər mövsümündə bu klubun şərəfini qoruyub. Aleksey “Qəbələ”də çıxış etdiyi mövsüm ərzində 49 oyun keçirib, 8 qol vurub.

Premyer Liqada 32 matçda 7 dəfə rəqib qapılarına yol tapan legioner başa çatan mövsümün 3 kubok matçında da forma geyinib. Antonov UEFA Avropa Liqasında 14 qarşılaşmada 1 dəfə rəqib qapısına yol tapıb.

“Qəbələ” İdman Klubu Aleksey Antonova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara, qollara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right