Şəhriyar Rəhimov: "Admira" "Real" və ya "Barselona" deyil ki..."

"İlk matçda oyunumumuzu əks hücumlarda qrumuşduq ki, müdafiədə etibarlı futbol oynayaq. Hardasa istəyimiz alındı, amma stanfart vəziyyətdən buraxdığımız qol məğlubiyyətə səbəb oldu. Səfər oyununda belə oynayacağımızı planlaşdırmışdıq. Yenə də deyirəm, sürətli futbol oyanayan komandaya qarşı oynamışdıq". 
 
Newsport.az  saytının məlumatına görə, bu sözlər "Kəpəz"in futbolçusu Şəhriyar Rəhimova məxsusdu. Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Admira" ilə baş tutan qarşılaşma haqqında fikirlərini bildirən təcrübəli futbolçu əməkdaşımızla söhbətində iki gün sonra komandalar arasında Bakıda baş tutacaq ikinci qarşılaşma haqqında danışıb. 
 
Rəhimov bildirib ki, "Admira" "Kəpəz" üçün keçiləsi rəqibdi: "Bizim üçün çox ağır oyun olacaq. Oyunun məsuliyyətini dərk edirik. Çalışacağıq ki, Azərbaycanı layiqli təmsil edək və bacardığımızın ən yaxşısını ortaya qoyaq. "Admira" "Real" və ya "Barselona" deyil ki, onlara qarşı mübarizə apara bilməyək. Amma güclü və sürətli komandaya qarşı oynayacağıq. Fikrimcə, "Admira"nı keçə bilərik. İkinci oyun üçün hər şeyə hazırıq. Qızğın mübarizəyə də, 120 dəqiqəlik oyuna da". 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right