Milli Mətbuat və Jurnalistika gününə həsr edilən KİV-lər arasında mini-futbol üzrə "Media Kuboku-2016” turnirinə start verilib.
Newsport.az saytının məlumatına görə, KATV 1-in təşkilatçılğı ilə keçirilən yarışda iki qrupda mübarizə aparan səkkiz komandadan yarımfinala vəsiqə qazanan kollektivlərin adları məlum olub.
A qrupunda "Rio-2016” və "Press Team” komandaları müvafiq olaraq 1-ci və 2-ci sıranı tutublar.
B qrupunda "İdman Azərbaycan” bütün rəqiblərini arxada qoyaraq qrup birincisi olub, "Sportfm”-çilər isə ikinci pillədə qərarlaşaraq yarımfinala adlayıblar.
Yarıfinal cütlükləri:
Rio-2016 – Sportfm ( birinci meydança ) Press Team – İdman Azərbaycan ( ikinci meydança )
Saat 19:00-da turnirin yarımfinal matçlarına start veriləcək. Məkan: Aguatic Palace(Su idmanı sarayı, Bayıl bulvarı)