Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən Bakının "İnter” klubu zədəli futbolçusu Abbas Hüseynovdan gələn xəbərə sevinib.
Newsport.az saytının məlumatına görə, zədəsinə görə bir müddət Qazaxıstanda müalicə alan gənc futbolçu zədəsini bərpa edib və komandanın düşərgəsinə qoşulub.
Qeyd edək ki, "İnter” Türkiyə toplanışı çərçivəsində artıq bir yoxlama oyunu keçirib. "Bankirlər” Superliqada mübarizə aparan "Kasımpaşa”nı 2-1 hesabıyla məğlub edib. Bakılıların növbəti rəqibi PTT I Liqasında mübarizə aparan "Elazığspor” komandasıdı.