Yay transfer dönəmində "Neftçi”dən ayrılan Aqil Məmmədovun yeni komandasının adına aydınlıq gəlib.
Newsport.az saytının məlumatına görə, millimizin qapıçısı AZAL klubu ilə anaşıb. Əldə etdiyimiz məlumata görə, tərəflər arasında ötən gün danışıqlar baş tutub. Təcrübəli qolkiper bu gündən etibarən komandanın düşərgəsində məşqlərə başlayacaq.
Ancaq mənbəmizin məlumatına görə, Aqilin AZAL-la müqavilə imzalamamaq variantı var. Belə ki, 27 yaşlı milli üzvümüz karyerasını ölkə xaricində davam etdirə bilər. O, ölkə xaricindən cavab gələnə qədər AZAL-da məşq edəcək, əgər ölkə xaricindən müsbət cavab almazsa AZAL-la 1 illik müqavilə imzalayacaq.