Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Macarıstanın MTK komandasını qəbul edəək "Qəbələ” sözügedən matçın hazırlıqlarını davam etdirir.
Newsport.az-ın məlumatına görə, "qırmızı qaralar” ötən gün hazırlıqlarına başlayıb.
Təmsilçimizin məşqçilər korpusunu sevindirən xəbər Rəşad Eyubovun komanda ilə məşqlərə başlamasıdı. Səhhətində problem olan Eyubo ötən gündən məşqlərə başlayıb. O, MTK ilə matçda komandasına kömək edə biləcək.
Qeyd edək ki, cavab oyunları çərçivəsində baş tutacaq "Qəbələ” – MTK qarşılaşması iyulun 21-də Bakıda keçiriləcək. "Bakcell Arena”dakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.