UEFA Tuyqun Nadirov və Kamran Quliyevə sertfikat verdi

Bakıda "UEFA Certificate in Football Management" tədris kursunun sonuncu seminarı keçirilib.

Newsport.az-ın məlumatına görə, tədbirdə AFFA, Azərbaycan klubları və beynəlxalq futbol təşkilatlarının nümayəndələri, həmçinin İran, Qırğızıstan və Malayziya təmsilçiləri iştirak edib. 

İştirakçılar məşğələlər başa çatdıqdan sonra imtahan verib və müvafiq sertifikatlar təqdim olunub. Sertifikat alanlar arasında "Sumqayıt"ın prezidenti Kamran Quliyevlə "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov da var.   
 
Qeyd edək ki, proqramın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman və xüsusilə futbol menecmenti üzrə biliklərin artırılmasıdır. Proqram UEFA və Lozanna Universitetindəki Swiss Graduate School of Public Administration (IDHEAP) dəstəyi ilə UEFA-nın üzvü olan müxtəlif ölkələrdə keçirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right