Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt”ın ikinci yoxlama görüşündəki rəqibinin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri” təmsilçisi Gürüstanın "Torpedo” komandası ilə qarşılaşacaq. Kutaisi şəhərinin təmsilçisi ilə görüşün iyulun 18-ə təsadüf edəcəyi gözlənilir.
Qeyd edək ki, "Sumqayıt” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə mməğlub olub. Səudiyyə Ərəbistanının "Əl Xalic” komandası təmsilçimizi 3-1 hesabıyla məğlub edib.