Azərbaycan klubu Türkiyəyə buraxılmadı – hərbi çevrilişə cəhdə görə!

Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Zirə”nin planlarında dəyişiklik olub.

Newsport.az -ın məlumatına görə, buna səbəb Türkiyədə baş verən son hadisələrdi.
 
Təlim-məşq toplanışının 2-ci hissəsini məhz qardaş ölkədə keçməyi planlaşdıran "qartallar” dünən gecə Türkiyəyə yola düşməli idi. Lakin "Zirə"nin Türkiyə səfəri təxirə salınıb. Klub rəhbərliyi hazırda Türkiyədə hökm sürən qeyri-sabit vəziyyəti nəzərə alaraq, bu ölkənin Bolu şəhərində nəzərdə tutulmuş təlim-məşq toplanışının ləğvinə qərar verib. Komanda hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək.

Qeyd edək ki, əvvəlcədən nəzərdə tutulan plana görə, "Zirə” 16-30 iyul aralığında Türkiyədə təlim-məşq toplanışı keçməli və Boluda təşkil olunacaq hazırlıq zamanı 3 yoxlama oyununa çıxmalıydı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right