“Viktoriya”ya 3 qol vuran “Qarabağ”

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 
 
Püşk ölkəmizi sözügedən turnirdə təmsil edən "Qarabağ”ı Çexiyanın "Viktoriya” komandası ilə üz-üzə gətirib. Ağdam təmsilçisi II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj” komandasını keçərsə, növbəti rəqib "Viktoriya” olacaq.
 

Newsport.az-ın məlumatına görə, "Qarabağ” artıq bir dəfə "Viktoriya” komandasıyla qarşılaşıb.  Belə ki, 2 il öncə Avstriyada təlim-məşq toplanışında olan "atlılar” Plzen təmsilçisini 3-1 hesabıyla məğlub etməyi bacarıb.
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right