Xəbər verdiyimiz kimi, "İnter" növbəti mövsümə hazırlıqlarını Türkiyədə davam etdirir.
Newsport.az-ın məlumatına görə, ötən gün paytaxt klubu toplanış çərçivəsində Türkiyənin Super Liqa təmsilçisi "Kasımpaşa" ilə qarşılaşdı. Oyun 2:1 hesabıyla "İnter"in xeyrinə başa çatdı.
Bu oyunu Türkiyəyə yollanan klub prezidenti Rəşad Qasımov da izləyib. Matçöncəsi klub prezidenti R.Qasımov və "Kasımpaşa"nın baş məşqçisi Rza Çalımbay xatirə olaraq bir-birilərinə komanda köynəyi hədiyyə ediblər.