Türkiyədə təlim-məşq toplanışında olan "İnter” klubu yoxlama oyununda qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, "bankirlər” Türkiyə Superliqasında mübarizə aparan "Kasımpaşa” komandası ilə qarşılaşıb.
Oyun "bankirlər”in 2-1 hesablı qələbəsiylə başa çatıb. "İnter”in qollarına Nizami Haıyev və Adrian Manuel Skarlatake imza atıblar. "Kasımpaşa”nın yeganə qolunu isə 11 metrlik cərimə zərbəsindən Kaya vurub.