Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" qonşu ölkədə dörd yoxlama oyunu keçirməyi planlaşdırır.
Newsport.az-ın məlumatına görə, artıq "kimyaçılar"ın ilk rəqibi də müəyyənləşib. Belə ki, "Sumqayıt" Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Xalic" klubu ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 15-də yerli vaxtla saat 17:00-da "Fənərbaxça" Topuk Yaylası İdman Kompleksində keçiriləcək.
Səudiyyə Ərəbistanının yüksək liqasında mübarizə aparan "Əl Xalic" klubu 1945-ci ildə yaradılıb və 2015/2016 mövsümünü 33 xalla 14 komanda arasında 7-ci pillədə başa vurub.