Şahin Diniyev üçün tort FOTO

Avropa Liqasının 2-ci mərhələsinin "Admira” ilə ilk oyunu ilə bağlı səfər hazırlığı səbəbindən "Kəpəz”in baş məşqçisi Şahin Diniyevin doğum günü Azərbaycanda yox, Avstriyada qeyd olunub.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 50 yaşını tamamlayan çalışdırıcının şərəfinə komandanın yerləşdiyi oteldə tort kəsilib.

Müşahidə Şurasının sədri Mikayıl Mərimanoğlu klubun rəhbərliyi adından Şahin bəyi 50 illik yubileyi münasibətiylə təbrik edib. Ona gələcək işlərində uğurlar arzulayıb.

Təbriklərə və diqqətə görə minnətdarlığını bildirən baş məşqçi "Kəpəz”in AL-də mərhələ adlamasını özünə ən böyük hədiyyə saydığını deyib.

Şahin Diniyevin 50 illik yubileyi "sarı-göylər”in Avstriyada məskunlaşdığı "Lengbachhof” otelinin diqqətindən də yayınmayıb. Mütəxəssisə doğum günü hədiyyəsi təqdim olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right