Yeni yaranan və növbəti mövsümdən I Divizionda mübarizə aparacaq "Səbayel” komandasının baş məşqçisinin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, Bayıl təmsilçisi Elman Sultanova tapşırılıb. Veteran futbolçu bundan sonra adıçəkilən komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Sultanoov daha öncə "Şuşa Qarabağ”da Nadir Qasımovun köməkçisi vəzifəsində çalışıb.