Xəbər verdiyimiz kimi, milli komandamızın üzvü Vüqar Nadirov yenidən "Qarabağ”a qayıdıb.
Newsport.az-ın məlumatına görə, forvar bu gün Ağdam klubuyla münasibətlərini rəsmiləşdirib.
Vüqar doğma komandasına qayıtması ilə bağlı fikirlərini klubun rəsmi saytı vasitəsiylə bölüşüb. Nadirov "Qarabnağ”a qayıdığı üçün xoşbəxt olduğunu dilə gətirib:
"Olduqca sevincliyəm, bir ağdamlı, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdım. Əlimdən gələni edəcəm ki, baş məşqçimiz Qurban Qurbanovun mənə göstərdiyi etimadı doğruldum. Hər bir komandada rəqabət var, "Qarabağ"da da məşqlərdə əlimdən gələni edəcəm ki, baş məşqçinin verdiyi tapşırıqları layiqli şəkildə yerinə yetirim. 6 il idi ki, bu komandada oynamışam, klub rəhbərliyini də tanıyıram, onlara da təşəkkür edirəm ki, yenidən komandaya qayıtmağımda dəstək oldular. Çalışacam həm avrokuboklarda, həm də çempionatda komandaya xeyir verim. "Qarabağ" azarkeşləri bizim ürək yerimizdir. Çalışacam ki, onları sevindirim".