Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Sumqayıt” 2 futbolçusu ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri” təmsilçisi yay transfer dönəmində heyətinə əlb etdiyi Ruslan Tağızadə və Vadim Abdullayevi komandadan göndərib. Hər iki futbolçunun müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.
Qeyd edək ki, Tağızadə son mövsümü "Rəvan”da, Abdullayev isə "Qəbələ”də çıxış etmişdi.