Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi” doğma meydanında Makedoniyanın "Şkendiya” komandasını qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, "ağ qaralar” sabahkı qarşılaşmaya ciddi itki ilə çıxa bilər. Belə ki, Bakı təmsilçisinin aparıcı futbolçuu Elşən Abdullayev sıradan çıxıb.
Bu barədə məlumatı komandanın baş məşqçisi Vəli Qasımov məlumat verib: "Sabahkı oyundan öncə heyətimizdə ciddi itki var. Elşən Abdullayev məşqlərin birində zədə alıb. Onun sabahkı oyunda iştirak edib-etməyəcəyi bəlli deyil”.
Qeyd edək ki, "Neftçi” – "Şkendiya” oyunu sabah baş tutacaq. Qarşılaşma "Bakcell Arena”da reallaşacaq.