“Qəbələ” və “Kəpəz” Bratislavada

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” və "Kəpəz” II təsnifat mərhələsinin oyunu üçün səfərə yollanıb.

Newsport.az-ın məlumatına görə, komandalar eyni təyyarə, çarter reysi ilə Bratislavaya yollanıb.

Hazırda Slovakiyada olan təmsilçilərimizdən "Qəbələ” oradan Macarıstana, "Kəpəz” isə Avstriyaya gedəcək.

Xatırladaq ki, "Qəbələ” Macarıstanın MTK, "Kəpəz” isə Avstriyanın "Admira” klubu ilə qarşılaşacaq. Hər iki oyunu sabah keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right