“Qarabağ” Azərbaycanı Şotlandiyaya yaxınlaşdırdı

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Qarabağ” – "Düdelanj” (2:0) matçında əldə olunan nəticə ölkəmizin reytinq xalının bir az da artmasına səbəb olub.
 
Newsport.az-ın məlumatına görə, adıçəkilən oyuna oyuna kimi 14.375 xalla 24-cü pillədə olan Azərbaycanın əmsalına daha 0.250 xal əlavə olunub. 
Hazırda ölkəmizin reytinq əmsalı 14.625-ə bərabərdi. Bizdən bir pillə irəlidə olan Şotlandiya təmsilçisi xalsız qaldığından aradakı fərq azalıb. Britaniyalıların əmsalı əvvəl olduğu kimi 15.300-dü.  
25-ci pillədəki izləyicimiz Kipr təmsilçilçisi də xal itirdiyindən ölkəmiz onlarla aradakı xal fərqini artırıb. Hazırda adıçəkilən ölkənin aktivində 14.125 xal var.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right