Premyer Liqada saxlanılmayan "Rəvan" fəaliyyətini dayandırmayacaq.
Newsport.az-ın məlumatına görə, Nuru Əliyev sahibi olduğu klubla bağlı son qərarını verib. İş adamı oğlunun adını daşıyan "sığortaçılar"ın I Divizionda yeni mövsümə hazırlıq görməsini istəyib.
Bəhmən Həsənov baş məşqçi postunda saxlanılıb. Düşərgə iyulun 20-də canlanacaq. Yenidən formalaşdırılmasına başlanan kollektiv həmin gün Qaraçuxurdakı bazasında bir araya gələcək.