Almaniyada oynayan milli üzvümüz rəsmən “İnter”də!

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən Bakının "İnter” komandasını heyətini daha bir futbolçu ilə gücləndirib. 
 

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü İltər Taşkını rənglərinə bağlayıb. 
 
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Almaniyanın "Neustrelits” klubunda forma geyinən 22 yaşlı bu gün "bankirlər”in Türkiyənin Qızılcahamam bölgəsində yerləşən düşərgəsinə qoşulacaq.  Futbolçu yaxın günlərdə komanda ilə rəsmi müqavilə imzalayacaq.
 
Qeyd edək ki, bu, "İnter”in yay tranfser dönəmində etdiyi 11-ci transferi olub. Bakılılar bundan öncə Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Ruslan Abışov, Tərlan Quliyev, Adrian Manuel Skarlatake, Məmməd Quliyev və Orxan Sadıqlını rənglərinə bağlamışdı.

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right