Mövsümlərarası fasilədə hazırlığın birinci mərhələsini başa vuran "Sumqayıt" təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Bolu bölgəsində keçirmək üçün qonşu ölkəyə yola düşüb.
Newsport.az-ın məlumatına görə, komanda səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından adıçəkilən bölgəyə yollanıb.
Yerli vaxtla saat 13:00-da Boluya çatan komanda "VON Resort Hotel"də məşkunlaşıb. "Sumqayıt” bu gündən etibarən qonşu ölkədə 2 həftəlik təlim-məşq toplanışına start verəcək.
Sumqayıtlılar Boluda olduğu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblər hələlik, bəlli deyil.