Türkiyənin "Trabzonspor" klubuna transfer olunan Ramil Şeydayevə Azərbaycan pasportu verilib.
Newsport.az-ın məlumatına görə, bu barədə Rusiyanın "Matç TV" kanalına futbolçunun meneceri Sergey Kusov məlumat verib.
Agent bildirib ki, Ramil bazar ertəsi gunu AFFA-nın dəstəyi ilə Azərbaycan pasportu alıb. Futbolçunun Azərbaycan millisində oynamaq istədiyini deyən menecer bunun ucun AFFA-nın FIFA-ya muraciət etdiyini qeyd edib.
Qeyd edək ki, Şeydayev daha əvvəl Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib.