Qurban Qurbanovdan Leroy Corc açıqlaması

Türkiyə mətbuatı Qarabağ"ın sabiq futbolçusu Leroy Corcun yenidən komandaya qayıdacağı ilə bağlı xəbərlər yazmışdı.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Çempionalar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Düdelanj"la keçiriləcək matçdan öncə baş tutan mətbuat konfransında bu məsələyə aydınlıq gətirib. Təcrübəli mütəxəssis hollandiyalı futbolçunun transferinin gündəmdə olmadığını bildirib: "Mənim belə düşüncəm yoxdur. Sabahkı oyuna köklənmişik. Leroyu geri qaytarmaq fikrimiz yoxdur".
 
Qeyd edək ki, 2014/2015-ci il mövsümünün sonunda "Qarabağ"dan ayrılan Leroy Corc Türkiyə I liqasında mübarizə aparan "Göztəpə" klubuna transfer olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right