"Zenit”dən ayrılan Azərbaycan əsilli futbolçu Ramil Şeydayev ölkəmizin vətəndaşlığını qəbul edə bilər.
Newsport.az-ın məlumatına görə, bu barədə Rusiyanın "championat.com” saytı məlumat yayıb.
Bildirilib ki, Rusiya vətəndaşı olan və bu ölkənin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmiş Şeydayev hazırda Bakıdadı və AFFA ilə Azərbaycan millisində çıxış etmək üçün danışıqlar aparır.
Qeyd edək ki, "Zenit”in yetirməsi olan hücumçu hazırda komandadan ayrılıb və azad agent statusu daşıyır.