"İnter” təlim-məşq toplanışı keçirmək üçün səhər saatlarında Türkiyəyə yola düşüb.
Newsport.az-ın məlumatına görə, Bakı-İstanbul-Ankara reysilə qardaş ölkəyə yollanan "bankirlər” Qızılcahamam rayonunda yerləşən "Cam” hotelində məşkunlaşacaqlar.
Zaur Svanadzenin yetirmələri toplanış çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır. İyulun 14-də "İnter” Türkiyə Super Liqasının təmsilçisi "Kasımpaşa” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 18.00-da baş tutacaq. Bakı klubu həmçinin iyulun 18, 22 və 25-də yoxlama oyunlarında qüvvəsini sınayacaq. Rəqiblər hələlik məlum deyil.
Qeyd edək ki, "İnter” Türkiyə toplanışını iyulun 26-da yekunlaşdıracaq.