Nigeriyalı futbolçu Viktor İbekoyinin "Zirə”dəki taleyinə rəsmən aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, 30 yaşlı yarımmüadafiəçinin komandaya qayıtmayacağı dəqiqləşib. Tərəflər arasında baş tutan danışıqlar müsbət nəticələnməyib və futbolçu rəsmən komandadan ayrılıb.
Qeyd edək ki, Viktor mövsümün əvvəlində AZAL-dan "Zirə”yə cəlb olunmuşdu.