2016/17 mövsümünə hazırlıqlarını davam etdirən "İnter” klubu Bakı toplanışını başa vurub.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi hazırlıqlarının qalan hissəsini Türkiyədə davam etdirəcək. "Bankirlər” bu məqsədlə bu gün səhər qardaş ölkəyə yollanıb.
Qeyd edək ki, "İnter”in təlim-məşq toplanışı Qızılcahamam bölgəsində reallaşacaq. Komanda hazırlıq çərçivəsində 4 və ya 5 yoxlama oyunu keçirəcək ki, rəqiblərin kimliyi yaxın günlərdə bəlli olacaq.