Səlahət Ağayev: "İnter"i pis vəziyyətdə qoyub getməmişdim"

Azərbaycan milli komandasının və Bakının "İnter” klubunun futbolçusu Səlahət Ağayevin müsahibəsi: 
 
- Qısa müddətlik fasilədən sonra "İnter”ə qayıtdın. Komandada səni necə qarşıladılar?
- Mən yad yerə yox, öz evimə, doğma komandama qayıtdım. Hər şey qaydasındadı. Məni burada çox yaxşı qarşıladılar. 
 
- Artıq yeni kollektivlə ilk yoxlama oyununda iştirak etmisən. Razı qaldınız?
- Burada "Sumqayıt”da da, "İnter”də də birgə oynadığımız futbolçular var. Burada heç kim mənə yad deyil. Bir çox futbolçu ilə eyni komandada oynamışıq. 
 
- Təcrübəli futbolçu kimi yeni transferlərin  oyunundan razı qaldınmı?
- Əsasən yerli futbolçular komandaya cəlb olunub. Yenilərin hər biri üzdə olanlar, millimizə namizəd futbolçulardı.  Düşünürəm ki, hazırkı heyət əvvəlki iki mövsümdən daha yaxşı nəticə verməyə qadirdi. 
 
- Kapitan kimi getdiyin komandaya necə qayıtmısan. Kapitanlıq sarğısı yenə səndə olacaq?
- Bu, mənim yox, baş məşqçimizin qərarıdı. Kapitan oldum-olmadım, bunun hər-hansı bir önəmi yoxdu. Həmişə komanda ilə birlikdə olmağa çalışacağam.
 
- Növbəti mövsüm üçün komandadan gözləntilərin nədi?
- Bu heyətlə çempionluğa və avrokuboklara doğru irəliləyə bilərik. 
 
- "İnter” azarkeşləri klubun ağır günlərində "Sumqayıt”a getdiyiniz üçün sizdən incimişdilər. Bu gün isə komandaya geri qayıtmısınız. Azarkeşlərə sözünüz varmı?
- Hər-hansı sözüm yoxdu. Onlar azarkeşlərdi və onları başa düşmək olar. Bu azarkeşlər mənə yad deyil. Uşaq yaşlarımdan "İnter”dəyəm. Azarkeşlər mənim üçün nə desələr, normaldı. Amma mən "İnter”i pis günündə qoyub getməmişdim. Əksinə, yaxşı vaxtlarında, vəziyyəti düzələndə "Sumqayıt”la müqavilə imzalamışdım. Futbolda belə şeylər olur. İnanıram ki, qarşıdakı  vaxtlarda hər şey daha da yaxşı olacaq.
 
- Qapıçılar tez-tez komanda dəyişməyi xoşlamırlar. Sən isə yarım illik  fasilədən sonra yenə "İnter”ə qayıtdın. Demək olarmı ki, "Sumqayıt”da məcburi oynayırdın?
- Məcburi deməzdim. "İnter”dən getmə səbəbim başqa bir komandadan təklif almağımla bağlı idi. Amma alınmadı. Nətiədə klubsuz qalmamaq üçün "Sumqayıt”la müqavilə imzaladım. "Sumqayıt”da daha əvvəl də çıxış etmişdim, ora mənim üçün yad deyildi. 
 
- Keçən il Georgi Lomaya kimi təcrübə ilə rəqabət aparırdın. Bu il isə gənc Orxan Sadıqlı sənə rəqib olub. Lomaya və Sadıqlının fərqi nədədi?
- Futbola başlayanda Lomayadan çox şey öyrənmişəm. O, həm insan, həm də qapıçı kimi Azərbaycana gəlib-getmiş ən yaxşı qapıçılardan biridi. Orxan da yaxşı qapıçıdı. Fikrimcə, "İnter”də "çərçivə” ilə bağlı problem olmayacaq.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right