Şahin Diniyevdən Junior Osvaldo açıqlaması

"Kəpəz”in baş məşqçisi Şahin Diniyev braziliyalı futbolçu Junior Osvaldonun komandaya dönəcəyi haqqında yayılan söz-söhbətlərə münasibət bildirib. 
 

Newsport.az saytına açıqlama verən təcrübəli mütəxəssis braziliyali futbolçunun komandaya dönüşünün mümkün olmayacağını bildirib: "Mənim xasiyyətimə yaxşı bəllədsiniz. Özünüz də bilirsiniz ki, bizi yarı yolda qoyanlara ikinci dəfə şans verilmir. Səmimi etiraf edirəm ki,bu dəqiqə Juniorun "Kəpəz”ə qayıtması böyük fərziyyədir. Sizi inandırım ki, yayılan söz-söhbətlər həqiqəti əks etdirmir”.
 
Qeyd edək ki, Juninyo ötən mövsüm "Kəpəz”in heyətində 34 matçda iştirak etmiş və 6 qol vurmağı bacarmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right