"Kəpəz”in Portuqaliyalı futbolçusu Serjinyo bu gün Fransada təşkli olunan Avropa çempionatının final matçı haqqında danışıb.
Newsport.az saytına açıqlama verən təcrübəli yarımmüdafiəçi ölkəsi Portuqaliyanın qələbə qazanacağına ümid etdiyini bildirib: "Əlbəttə ki, final oyunu çox ağır olacaq. Doğruadan da Portuqaliya üçün çətin oyun olacaq. Çünki Fransa ev sahibidi. Amma Portuqaliyanın da yaşı müdafiəsi var. Müdafiəçilərimiz qol buraxmasa və bu gün Ronaldonun günü olsa Portuqaliya çempion ola bilər”.
Qeyd edək ki, Fransa və Portuqaliya milli komandaları arasında baş tutacaq final matçı Bakı vaxtıyla 23:00-da başlayacaq. Oyun İctimai telekanalı vasitəsiylə canlı yayımda azarkeşlərə təqdim olunacaq.