Bakıda tanınmış jurnalist futbol matçı zamanı dünyasını dəyişib.
Newsport.az-ın məlumatına görə, dostları ilə birgə oynadığı vaxt "Lider TV"nin xəbərlər şöbəsinin müxbiri İlqar Qulusoy özünü narahat hiss edib.
Qəfildən yerə yıxılan həmkarımızın həyatını, təcili yardımın müdaxiləsinə rəğmən, xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İlqar Qulusoyun 36 yaşı vardı, evli idi.
Allah rəhmət eləsin!