"Dnepr"in seneqallı ulduzu "Qəbələ" ilə müqavilə bağlayır?

"Dnepr"in futbolçusu Papa Quye "Qəbələ"nin maraq dairəsinə düşüb.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi Ukrayna klubundakı maliyyə problemləri üzündən maaş ala bilmir. 

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk isə komandasının müdafiə xəttini seneqallı oyunçu ilə gücləndirmək istəyir. Lakin "qırmızı-qaralar"ın meneceri Səbuhi Səfiyarlı müdafiəçi yox, hücumçu axtarışında olduqlarını bildirib.

O, Macarıstan MTK-sı ilə Avropa Liqasının II təsnifat mərhələsindəki oyunlaradək yeni forvard sifariş etmələrinin mümkünlüyünü dilə gətirib: "Ehtimal azdı, amma tapa bilsək, müqavilə bağlayıb ilk oyuna bir gün qalmışadək adını UEFA-ya göndərəcəyik". 

sportanalytic.com





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right