Türkiyədə çimərlik futbolu üzrə İstanbul kuboku keçirilir.
Newsport.az-ın məlumatına görə, bu turnirdə Azərbaycanı "Lalətəpə" komandası təmsil edir. Aprel döyüşlərində əsgərlərimizin böyük şücaət göstərərək geri qaytardığı mühim yüksəkliklərdən olan Laləıtəpə adına yaradılmış komanda turnirdəki ilk iki oyunundan qələbə ilə ayrılmağı bacarıb.Komandanın direktoru Rüfət Həsənovun saytımıza verdiyi məlumata görə, Zeynal Zeynalovun başçılıq etdiyi komanda öncə Yunanıstan "Atlas"ına 7:2 hesabıyla qalib gəlib.Bir çox kanalların canlı yayımladığı turnirdə daha sonra Hollandiya "Zeeland"ı ilə üz-üzə gələn komandamız yenə də oxşar hesabla üstün olaraq komandamız turnirin qalib olublar.
Qeyd edək ki,komandamiz İstambula bu heyətlə yollanmışdı:Hikmət Bağırov,Vaqif Şirinbəyov,Elçin Qasımov,Renat Sulatnov,Elvin Quliyev,Sabir Allahquliyev,İlkin Hacıyev,Əbdül Əliyev,Orxan Məmmədov,Asif Zeynalov.