“Qəbələ” məşqlərə başladı

Avroliqanın ilk mərhələsində “Samtredia”nı mübarizədən kənarlaşdıran “Qəbələ” Gürcüstandan qayıtdıqdan sonra iki gün istirahət edib. 
Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” bu gündən ikinci mərhələdə qarşılaşacağı MTK ilə ilk oyunun hazırlığına başlayıb. Yenə “Bakı”nın təlim-məşq bazasında məşq edən “Qəbələ”nin ilk hazırlıq prosesində ehtiyat heyət üzvləri iştirak edib. Axşam saat 19.00-da başlayan məşqdə əsasən toplu çalışmalar baş tutub. Əsas heyət isə sabahdan məşqlərə başlayacaq.
Xatırladaq ki, “Qəbələ” və MTK arasında ilk oyun iyulun 14-də Macarıstanda, cavab oyunu ayın 21-də Bakıda keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right