"Kəpəz"ə istirahət verildi

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Daçiya" klubunu səfərdə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanan artıq vətənə qayıdıb.
Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev tarix yazan komandanın futbolçularına bir günlük istirahət verib. Sabahdan etibarən isə komanda üzvləri yenidən bir araya gəlib, növbəti oyunun hazırlığına start verəcəklər.

Qeyd edək ki, "Kəpəz" Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində Avstriyanın "Admira" klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 14-də səfərdə olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right