Xəbər verdiyimiz kimi, Bakının "İnter” klubu yeni mövsümün hazırlıqlarının son hissəsini Türkiyədə keçirəcək. "Bankirlər” iyulun 11-də qardaş ölkəyə yollanacaq.
Newsport.az-ın məlumatına görə, səfəröncəsi "İnter”in heyətində iki itki var. Belə ki, Abbas Hüseynovla Zurab Xizanişvili komanda ilə birgə çalışa bilmir.
Gürcüstanlı futbolçu köhnə zədəsini zədələyib. Abbas isə bərpa prosesini Qazaxıstanda keçirir. Hər iki futbolçunun Türkiyənin Qızılcahamam bölgəsində baş tutacaq təlim-məşq toplanışında komandaya qoşulacağı gözlənilir.
Qeyd edək ki, "İnter” toplanış çərçivəsində 4 və ya 5 yoxlama oyunu keçirəcək ki, rəqiblərin adına aydınlıq gəlməyib.