Paytaxtın "Zirə” klubu yeni mövsümün hazırlıqlarını davam etdirir.
Newsport.az-ın məlumatına görə, komandanın düşərgəsinə daha bir futbolçu qoşulub. Söhbət ötən mövsüm komandanın heyətində top qovan Yovan Krnetadan gedir.
Serbiyanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü komanda ilə yeni – 1 illik müqavilə imzalayıb və kollektivlə məşqlərə start verib.