“Zirə” ilə danışıq aparan futbolçu ABŞ-a niyə gedib?

Son mövsümü "Zirə”nin heyətində keçirən nigeriyalı futbolçu ABŞ-a səfər edib. Futbolçu bu barədə şəxsi "instagram” səhifəsində Amerikada olduğunu bildirib.
Newsport.az-ın məlumatına görə, Viktor hər-hansı klubla danışıq aparmaq üçün yox, şəxsi işləri ilə əlaqədər olaraq ABŞ-a yollanıb. 

Belə ki, İbokoyenin sonuncu övladı ABŞ-da doğulub. Nigeriya əsilli futbolçu onun sənədlərini qaydasına qoymaq üçün sözügedən ölkəyə səfər edib. 
Qeyd edək ki, hazırda Viktorun "Zirə”də qalıb-qalmayacağı ilə bağlı danışıqlar davam edir. Onun böyük ehtimalla "Zirə”də qalacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right